Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “Tədrisin təşkili və idarə edilməsi” departamentinin direktoru, Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatının sədri Rafail Novruzov ASAPES-in tələbələri Əmrah Həsənli, Arif Şükürlü, Elgün Əsgərzadə və Əsəd Qurbanlını qəbul edib.
"Unikal" xəbər verir ki, görüşün təşkilində əsas məqsəd tələbələrə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələrinin təqdim edilməsi olub.
Görüşdə YAP-ın sədr müavinləri Rəhim Xəlilov və Qabil Yusifov da iştirak edibilər.
Tədbirdə çıxış edən Rafail Novruzov Akademiyanın ərazi partiya təşkilatının son 1 ildə gördüyü işlər haqqında hesabat təqdim edib, 2023-2024-cü illərdə görüləcək işlər və keçiriləcək tədbirlər haqqında məlumat verib.
Rafail Novruzov YAP-ın üzvlük vəsiqələrini alan tələbələrə partiyanın təşkilatı işlərində uğurlar arzulayıb. Öz növbəsində YAP sədrinin müavinləri də tələbələrə gələcək fəaliyyətlərində ugurlar arzu ediblər.