Rusiya XİN Laçın dəhlizi ilə bağlı rus sülhməramlılarının Ermənistan tərəfindən tənqid edilməsinə cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlayıb.
Departamentin nümayəndəsi regionda Rusiya sülhməramlı kontingentinin pislənməsini qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, Moskva vəziyyəti həll etmək üçün əlindən gələni edir: "Heç bir ictimai hücum səbəbə kömək etmir, orada vəziyyət daha pis idi. Biz bu vəziyyəti yaxşılaşdırmaq üçün çalışırıq".
Ağarza Elçinoğlu