ABŞ prezidenti Donald Tramp və İlon Maskın nümayəndələri bu gün telefon danışığı aparıblar, bundan sonra Ağ Ev rəhbəri və iş adamı sosial şəbəkələrdə sərt bəyanatlar mübadiləsini dayandırıblar.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" qəzeti xəbər verib.

Bildirilib ki, bu gün baş tutan tərəflərin nümayəndələri arasında baş tutan telefon danışığından sonra prezident Donald Tramp ilə İlon Mask arasında sosial şəbəkələrdəki qarşıdurmada yaranmış gərginlik azalıb.

"O, paylaşımlar etməyi dayandırdı, lakin bu, onun razı olduğunu demir", - deyə Amerika rəsmilərindən biri bildirib.

“Onların [Tramp və Maskın] münasibətlərinin necə olacağı tam bəlli deyil”, - deyə rəsmi əlavə edib.