Tərtərdə yol qəzası olub, yaralananlar var

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində Heydər Əliyev prospektində yerləşən idman kompleksinin yaxınlığında baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan rayon sakinləri 1979-cu il təvəllüdlü Aynurə Quliyeva, 1983-cü il təvəllüdlü Niyaz Sadıqov və 1958-ci il təvəllüdlü  Qulu Quliyev xəstəxanaya çatdırıllb.

Faktla bağlı araşdırma aparıllr.

Ehtiram Muradov