Qaxda motosikletlə minik avtomoboli toqquşub, iki nəfər xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, Qax şəhər sakininin idarə etdiyi minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 25 yaşlı Ruslan Ramazanov və motoskletdə olan sərnişin 20 yaşlı Turan Şahmarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla baglı araşdırma aparılır.
Seymur Əli