Ceyranbatan qəsəbəsində iki gün əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.

"Unikal" report-a istinadən xəbər verir ki, 42 yaşlı Elgiz Axundovun meyiti kanalda aşkar olunub.

İlkin ehtimallara görə, o, kanalda boğularaq həyatını itirib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri dönməyib, ailəsi isə axtarışlara baxmayaraq, bugünədək ondan xəbər almayıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.