Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələri Ukrayna əsgərlərinin Kiyev səmasında İranın Rusiyaya verdiyi kamikadze pilotsuz təyyarələrini (PUA) necə vurduğunu nümayiş etdirib.

"Unikal" xəbər verir ki, video Ukrayna Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalında yayımlanıb.

Məlumata görə, dekabrın 30-dan yanvarın 2-nə keçən gecə kütləvi hava hücumu zamanı qırıcılar paytaxtın kritik infrastrukturunu vurmağa çalışan PUA-ları vurublar.

Ağarza Elçinoğlu