2025-ci ilin II rübünün yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank"ın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 11.2% artaraq 3,441 mlrd manat təşkil etmişdir.

"Unikal" xəbər verir ki, qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1,908 mlrd manat, depozitlərin həcmi ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 10.2% artaraq 2.4 mlrd manat təşkil etmişdir.

2025-ci ilin II rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 11.5%, yəni 55,0 mln manat artaraq 534,00 mln manat, xalis mənfəəti 26,6 mln manat təşkil etmişdir.

Bankın faiz gəlirləri ötən ilin eyni dövrünün sonu ilə müqayisədə 11,8% artaraq 101,6 mln manata, qeyri-faiz gəlirləri isə 31% artaraq 26,4 mln manata yüksəlib.

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az//  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.