İlham


Zaqrebdə Azərbaycan prezidenti İlham Əliyev və Xorvatiya prezidenti İvo Yosipoviçin təkbətək görüşü olub.

İkitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluğun ifadə edildiyi görüşdə Azərbaycan prezidentinin Xorvatiyaya rəsmi səfərinin qarşılıqlı münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, qeyd olunub ki, bu səfər əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından önəmlidir.

Görüşdə beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.