ABŞ hakimiyyəti, Rusiyaya dronların tədarükü ilə əlaqəli olan altı İran vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, ABŞ hakimiyyəti İran Aerokosmik Sənaye Təşkilatının direktoruna qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi “Qods” şirkətinin rəhbərliyinin altı nümayəndəsi və direktorlar şurasının üzvlərinə məhdudiyyətlər qoyub. ABŞ-ın sanksiyaları altında olan, İranın müdafiə məhsullarının əsas istehsalçısı olan Aviation Industries, pilotsuz təyyarələrin hazırlanması və istehsalına cavabdehdir”, - ABŞ Maliyyə Nazirliyinin mətbuat şərhində deyilir. Vaşinqtonun fikrincə, Tehran bu pilotsuz təyyarələri Ukraynada xüsusi hərbi əməliyyat zamanı istifadə üçün “Rusiyaya təhvil verib”.

Bundan əlavə, ABŞ səlahiyyətliləri "İranın ballistik raket proqramına nəzarət etməkdən məsul olan" İranın Aerokosmik Sənaye Təşkilatının direktoruna qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.