Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılıb.

"Unikal" xəbər verir ki, etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar.

Aksiyaçılar bildiriblər ki, Rusiya sülhməramlılarını “işğalçı” elan edə bilərlər. “Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib”, - Milli demokratik qütb” təşkilatının üzvü Vahe Qasparyan bildirib.

15:35

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında Rusiya əleyhinə aksiya keçirilir.

"Unikal"  “Sputnik Armenia”-ya istinadən xəbər verir ki, Ermənistan Polisi indiyə qədər saxlanılan aksiyaçıların sayını açıqlayıb.
İndiyə qədər 65 aksiya iştirakçısı saxlanılıb.

 

xxx

14:37

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının Rusiya əleyhinə aksiya keçirilir.

"Unikal" “Sputnik Armenia”-ya istinadən xəbər verir ki, Laçın dəhlizində yaranmış vəziyyətə görə sülhməramlıları ittiham edən aksiyaçıların məqsəd Rusiya hərbi bazasını mühasirəyə almaqdır.
Aksiyaçılar Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə şüarlar səsləndirirlər.

Polis hərbi bazaya gedən yolu bağlayıb. Saxlanılanlar var.