Yanvarın 9-da ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
"Unikal" xəbər verir ki, Prezident tərəfindən mənzillə mükafatlandırılan idmançılardan biri də Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyev olub.
Qeyd edək ki, Tayfur Əliyev 1 yanvar 1997-ci ildə Naxçıvan şəhərində anadan olub.