Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni güllələyən 42 yaşlı Tetsuya Yamaqami ağlı başında olduğu elan edilib.

"Unikal" TASS-a  istinadən xəbər verir ki, ekspertiza ötən ilin iyul ayından aparılıb.

Nəticələri alındıqdan sonra siyasətçinin qatilinin qapalı tibb müəssisəsindən Nara şəhərindəki polis həbsxanasına köçürülməsinə qərar verilib. Bundan əlavə, yanvarın 13-də onun həbs müddəti başa çatır, bundan sonra o, qətldə və qanunsuz silah saxlamaqda ittiham olunacaq.

Qeyd edək ki, Tetsuya Yamaqami 2022-ci il iyulun 8-də Nara şəhərində seçki kampaniyası zamanı keçmiş Baş nazir Şinzo Abeni kustar üsulla hazırlanmış silahla kürəyindən vurub və nəticədə Abe həyatını itirib.