Rusiya və Çinin xarici işlər nazirləri Ukrayna böhranını müzakirə edərək, bir-birlərinin fundamental maraqlarına, o cümlədən suverenlik və ərazi bütövlüyünün qorunmasına qarşılıqlı dəstəyi təsdiqləyiblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Qeyd edilib ki, Sergey Lavrovla Vanq Yi arasında görüş Pekində baş tutub.
Tərəflər həmçinin ABŞ-la münasibətləri, İran-İsrail münaqişəsini, Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.