Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
"Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olmalıdır. Başqa heç bir qurum Laçın dəhlizinə nəzarət etməməlidir", - Paşinyan açıqlayıb.
O, həmçinin qeyd edib ki, yaranmış vəziyyətlə bağlı deyəcəkləri artıq ictimaiyyətə açıqlanıb.
Ağarza Elçinoğlu