Rusiya ordusu Ukraynada ən azı 879 uşağı yaralayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram"da məlumat yayıb.

"Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində Ukraynada 1332-dən çox uşaq xəsarət alıb. 2023-cü il yanvarın 10-u səhərə olan məlumata görə, indiyədək 453 uşaq ölüb, 879-dan çox uşaq isə yaralanıb", - məlumatda deyilir.