Ukraynalı müdafiəçilər qızğın döyüşlərin getdiyi Baxmut yaxınlığında çəkilmiş unikal kadrları nümayiş etdiriblər.

"Unikal" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, döyüşlərdən sonra Ukrayna Silahlı Qüvvələri rusların sözügedən bölgədəki mövqelərini ələ keçirib. 

"Gecə saatlarında Ukraynanın MTR operatorları Müdafiə Qüvvələri atəşə dəstək bölməsinin pərdəsi altında rus əsgərlərinin tutduğu məntəqəyə hücum ediblər. Bu post əvvəllər Ukrayna hərbçilərinin nəzarətində olub, lakin düşmənin hücumları nəticəsində itirilib", - Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı bildirib.

Qeyd olunur ki, peşəkar əlaqələndirilmiş iş sayəsində MTR bölməsi 13 rus rəhbçisini məhv edib, beş nəfəri isə əsir götürüb. 

Ağarza Elçinoğlu