Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə polkovnik-leytenantı Xabas Tsipinov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, 50 yaşlı polkovnik-leytenant Baksan rayonunda olarkən çaya düşüb. Hadisə şahidləri xilasediciləri çağırsalar da, Xabası tapmaq mümkün olmayıb.
Onun cəsədi 1 gün sonra çaydan tapılıb.
Bildirilir ki, Xabas Moskvada yeniyetmə cinayətkarlarla iş mərkəzinin rəisi idi.