Bu hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Lerikdə 24 sm, Qobustanda 18 sm, Altıağacda 17 sm, Qaxda 11 sm, Yardımlıda 10 sm, Qusar, Zaqatalada 9 sm, Xaltanda 8 sm, Göytəpə, Daşkəsəndə 7 sm, Göygöldə 6 sm, Şəki, Qəbələdə 4 sm olub.
Cənub-şərq küləyi Xaçmazda 18 m/s, Şabranda 16 m/s-dək güclənib. Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Göyçay, Hacıqabul, Lerikdə duman müşahidə olunub, dumanda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu yanvarın 13-də Bakıda iqlim normasından 1.0°-dək aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5° isti, Naxçıvan MR-da 6-13° şaxta, dağlıq rayonlarda 8-11° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.