Azərbaycanda respondentlərin 65.6%-i hesab edir ki, yerli icra hakimiyyəti başçısı cəmiyyətin üzvü kimi olmalı və yüksək nüfuzlu şəxs kimi hər kəsdən yuxarıda dayanmamalıdır.
"Unikal" xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin regionlarda dövlət hakimiyyətinin təmsilçisi, ictimai-siyasi fiqur, eləcə də son illər aparılan islahatların başlıca tərəflərindən biri olmasını nəzərə alaraq, yerli icra hakimiyyəti başçıları ilə bağlı keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.
Sorğuda iştirak edənlərin 30.3%-i isə icra hakimiyyəti başçısının yüksək statusu ilə hər kəsdən yuxarıda dayanması mövqeyini bölüşüb. Respondentlərin 4.1%-i bu fikrə münasibət bildirməkdə çətinlik çəkib.