Moldovanın şimalına raket qalıqları düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin məlumatına görə, sərhədçilər Ukrayna ilə sərhəddə yerləşən Larqa qəsəbəsi yaxınlığında raket parçaları aşkar ediblər. Qəza yeri mühasirəyə alınıb.

"Raketin qalıqları Lərqa keçid məntəqəsinin sərhəd naryadı tərəfindən aşkar edilib", - nazirliyin açıqlamasında bildirilir.

Ağarza Elçinoğlu