Salyan rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb. İdarəetmədən çıxan minik avtomobilinin su kanalına aşması nəticəsində Sərraf Qafarov, Camal Dəmirov və Ramiq Həsənov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli