Ötən ilin noyabr ayında Qarabağda yerləşən terrorçulara dəstək olmağa gələn milyarder Ruben Vardanyan yaxın saatlarda istefaya göndəriləcək.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat dərc edib. 

Məlumata görə, terrorçu rejimə "dövlət naziri" kimi rəhbərlik edən Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyanın tələbi ilə göndərilir. 

Qanunsuz dəstənin lideri Arayik Arutyunyan bununla bağlı müzakirələrə başlayıb. 

Ağarza Elçinoğlu