Nepalda qəzaya uğrayan təyyarədə iki yerli sakin sağ qalıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS Nepal hava limanındakı öz mənbələrinə istinadən yazır.
Sağ qalanların vəziyyəti ağırdır.

Qeyd edək ki, bundan əvvəl News18 telekanalı təyyarənin göyərtəsində olan 72 nəfərin hamısının həlak olması barədə məlumat vermişdi.

xxx

11:41

Nepalda 68 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə The Himalayan Times məlumat yayıb.
Son məlumatlara görə, qəza nəticəsində təyyarədə olanların hamısı ölüb.