Rusiya prezidenti Vladimir Putin Ukraynada keçirilən xüsusi əməliyyatın müsbət dinamikasını açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə "Moskva.Kreml.Putin" verilişində Pavel Zarubinə verdiyi müsahibədə deyib.

“Dinamikalar müsbətdir. Hər şey Müdafiə Nazirliyinin və Baş Qərargahın planı çərçivəsində inkişaf edir”, - dövlət başçısı bildirib.

Bundan əvvəl Vladimir Putin qeyd edib ki, Rusiya hakimiyyəti ölkənin müdafiə qabiliyyətini təkmilləşdirməkdə davam edəcək və hərbçilərin, o cümlədən Ukraynada xüsusi əməliyyatda iştirak edənlərin təchizatı ilə bağlı bütün problemləri həll edəcək.

Ramil Zeynallı