Əfqanıstanda keçmiş deputat Mürsəl Nəbizadə və onun mühafizəçisi paytaxt Kabildəki evində naməlum şəxslər tərəfindən güllələnib.
"Unikal" xəbər verir ki, Nəbizadə Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra Kabildə qalan azsaylı qadın parlamentarilərdən biri idi.
Bu, əvvəlki administrasiyadan olan qanunvericinin şəhərdə hakimiyyətin ələ keçirilməsindən sonra ilk dəfə sui-qəsd nəticəsində öldürülməsidir.
Molvi yerli polis rəisi Həmidullah Xalid bildirib ki, Nəbizadə və onun mühafizəçisi şənbə günü səhər saat 3 radələrində eyni otaqda güllələnib.
O, həmçinin qardaşının və ikinci mühafizəçinin yaralandığını bildirib. Üçüncü mühafizəçi pul və qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıb.
O, ofis kimi istifadə etdiyi evin ikinci mərtəbəsində dünyasını dəyişib. Xalid araşdırmanın aparıldığını bildirib. O, mümkün motivlərlə bağlı suallara cavab verməyib.
Nəbizadə 2019-cu ildə Kabilin nümayəndəsi seçilib və Taliban hakimiyyətə gələnə qədər vəzifəsində qalıb.
O, Parlamentin Müdafiə Komissiyasının üzvü olub və özəl qeyri-hökumət qrupunda, İnsan Resurslarının İnkişafı və Tədqiqatı İnstitutunda işləyib.
Gültəkin Ələsgər