Azərbaycanda radio yayımlarının mövcud vəziyyətinin araşdırılması və gələcək inkişafına dair təkliflərin hazırlanması məqsədilə Türkiyə Radio-Televiziya Qurumunun (TRT) nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdədir.
"Unikal" xəbər verir ki, TRT təmsilçiləri yanvarın 19-dək paytaxt Bakı və bölgələrdə yerləşən Radio-Televiziya Yayım stansiyalarına texniki baxış keçirəcək və radiomonitorinq aparacaqlar.
Aparılan işlərin nəticəsinə dair yekun hesabatın hazırlanması nəzərdə tutulur. Nümayəndə heyəti ölkədə radio yayımını həyata keçirən texniki vasitələrin müvafiq normativlərə uyğun istismarının təşkili və şəbəkənin optimallaşdırılmasına dair tövsiyələrini verəcək.