Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub, onun yerinə polkovnik Şahin Mirzəyev təyin edilib.
"Unikal"ın məlumatına görə, Ş.Mirzəyev bu təyinatadək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi olub. O, 16 aprel 1968-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.
Azərbaycan Texniki Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.
Seymur Əli