Yanvarın 16-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyib.
Universitetdən "Unikal"a veriən məlumata görə, İctimai Etimad Şurasının üzvləri əvvəlcə ADNSU-nun şəhid məzunlarının xatirsəinə həsr olunmuş kopmleksi ziyarət ediblər. Sonra imtahan keçirilən auditoriyaları gəzib, müəllim və tələbələrin imtahanlara hazırlıq səviyyəsi, həmçinin imtahanların şəffaf mühitdə keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olublar.
Sonra İctimai Etimad Şurasının üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüb, imtahan prosesinin təşkili, həmçinin universitetdə tədrisin təşkili, kadr hazırlığı ilə bağlı fikirlərini bölüşüblər. 2022-2023-cü tədris ilində ADNSU-da əldə olunan nailiyyətlərdən və çatışmazlıqlardan, həmçinin hədəflərdən danışan rektor, professor Mustafa Babanlı son dövrdə görülən işlər, yeniliklər və tədris strukturu barədə İctimai Etimad Şurasının üzvlərinə ətraflı məlumat verib. Hazırda 18 ixtisasın beynəlxalq akkreditasiyadan keçdiyini bildirən rektor, professor Mustafa Babanlı universitetdə müasir tədris siteminin qurulması və beynəlxalq əlaqələrin genişlənməsi haqqında da tədbir iştirakçılarına məlumat verib.
Şura üzvləri universitetdə imtahanların keçirilməsi üçün yaradılan şəraiti və şəffaf tədris mühitini, həmçinin imtahana nəzarət prosesini yüksək qiymətləndirib və tələbələrin hazırlıq səviyyəsi, eləcə də imtahanların gedişatından razı qaldıqlarını bildiriblər.
Sonra şura üzvləri universitetdə yaradılan açıq kitabxana ilə, həmçinin universitetin mətbəəsi ilə yaxından tanış olublar.