Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb.
Bu barədə "Unikal"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq.
Məlumata görə, körpünün aşırımlarının bərpasının fevralın 10-na qədər yekunlaşdırılması nəzərdə tutulub.
İdarə müvəqqəti narahatlığa görə İçərişəhərin sakinlərindən və qonaqlardan üzr istəyib.