Sabiq iqtisadiyyat naziri Namiq Nəsrullayev bu gün dünyasını dəyişib.
“Unikal” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev Feysbuk sosial şəbəkəsində paylaşım edib. Deputat bildirib ki, vaxtilə atası ilə dost olan N. Nəsrullayev 78 yaşında vəfat edib: “Bu gün yaxından tanıdığım, vaxtilə atamla dost olmuş Namiq Nəsrulla oğlu Nəsrullayev ömrünün 78-ci ilində dünyasını dəyişib. N.Nəsrullayev 1996-2001-ci illərdə iqtisadiyyat naziri, 2001-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri olub. Ziyalı, dövlətə və dostluğa sadiq olan adam idi...
Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət etsin!”