“Yanvarın 25-də Yeni Azərbaycan Partiyası ilə komitəmizin dəyirmi masası baş tutacaq”.
"Unikal" xəbər verir ki, bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.
Komitə sədri qeyd edib ki, dəyirmi masada siyasi partiyalarda gender məsələləri müzakirə ediləcək.
Anar Kəlbiyev