Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 474 vaksin vurulub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunub.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 215, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 98, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 131, pozitiv nəticədən sonra buster doza vaksin olunanların sayı isə 30-dur.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 939 457, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 581, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 980, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 062 nəfər təşkil edir.