Zaqatalada ikimərtəbəli evdə baş verən yanğının səbəbi məlum olub.

"Unikal"a FHN-dən bildirilib ki, rayonun Muğanlı kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli evin ondulindən ibarət dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və qismən içərisindəki əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, elektrik naqillərində qısa qapanmadan baş verdiyi müəyyən edilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

***16:45

Zaqatalada yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın Zaqatala rayonu Muğanlı kənd sakini 1957-cı il təvəllüdlü İbrahimov İbrahim Həsən oğluna  məxsus yaşayış evində  baş verib. Yanğın yerinə FHN əməkdaşları cəlb edilib.

Yanğın zamanı ümumi sahəsi 480 kv.m olan yaşayış evinin 2-ci mərtəbəsi və tavan hissəsi tamamilə yanıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Seymur Əli