ABŞ-da atışma olub.

"Unikal" xəbər verir ki, bu barədə Los-Anceles polisi məlumat yayıb.
Los-Anceles yaxınlığında Monterey-Parkda naməlum kişi Çin təqvimi ilə yeni il qeyd edənləri atəşə tutub. Nəticədə 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

Atəş açan şəxs hələ ki, saxlanılmayıb.