Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Avropanın ən sürətli metro xəttinin açılışını edib.
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 1 ay müddətinə metrodan istifadənin pulsuz olacağı elan olunub.
34 kilometrlik yeni metro xəttində 90-120 kilometr/saat sürətini yığmaq mümkün olacaq.
İnkişaf planına əsasən, xətt gələcəkdə 69 kilometrə çatdırılacaq.