Rusiya xarici işlər naziri Sergey Lavrov Fransanı terrorda ittiham edib.
"Unikal" xəbər verir ki, Lavrov Fransa prezidenti Emmanuel Makronun “Burkina Fasonun fransız əsgərlərinin ölkədən çıxması tələbinin arxasında Rusiya dayanır” açıqlamasına münasibət bildirib.
"Bu, xarici siyasət məsələsidir, biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Ancaq Makronun açıqlamaları Fransanın məsələlərə müdaxilə etdiyini göstərir",- rusiyalı nazir deyib.
Lavrov bir çox ölkələrdə Fransanın özəl hərbi şirkətlərinin fəaliyyət göstərdiyini xatırladıb:
"Bizi Mərkəzi Afrika Respublikasında, Malidə, indi də Burkina Fasoda Fransanın maraqlarına zərbə vurmaqda ittiham edirlər. Bu, Avropa İttifaqının tətbiq etdiyi ümumi fəlsəfə və mentalitetdir. 2000-ci illərdə Ukrayna üçün də bu mentalitetdən istifadə olunub. Ukraynaya ya Rusiya, ya da Qərb deyə şərt qoyulub. Eyni məntiq Afrika qitəsində də tətbiq olunur".
Bundan əlavə, Rusiya xarici işlər naziri Fransanı Afrikada terrora dəstək verməkdə ittiham edib:
"Fransa Liviyada terrorçulara dəstək verməklə Afrikada hələ də müşahidə edilən terror dövriyyəsini təhrik edib. Avropalı həmkarlarımızın xarici siyasətdə hələ də “parçala, hökm sür” təfəkküründən istifadə etməsi təəssüf doğurur”.