Şəmkirdə 45 yaşlı kişi yas mərasimində  bıçaqlanıb.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, rayonun İrmaşlı kənd sakini 1978-ci il təvəllüdlü İdris Alıyev dodaq nahiyəsinin  bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov