"Məni indiyə qədər Qərbi Azərbaycan icmasının tədbirlərinə dəvət etməyiblər. Ola bilər ki, yaddan çıxmışam və yaxud nəzərdən qaçmışam".

Bunu "Unikal"a açıqlamasında yeni yaradılan Qərbi Azərbaycan İcmasının iclaslarında görünməyən Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov deyib.

"Qərbi Azərbaycandan olduğum yaddan çıxırsa, bu, mənim günahım deyil. Mənim anam ilk azərbaycanlı qadındır ki, Ermənistanın əməkdar müəllimidir.

Ümid edirəm ki, yaxın günlərdə yada düşərəm, dəvət edərlər", - deyə o bildirib.

Murad İbrahimli