Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib.
"Unikal" xəbər verir ki, Orxan Əsgərov sabah ll Şəhidlər Xiyabanında dəfn olunacaq.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
22:04
Şəhid Orxan Əsgərovun cənazəsi və səfirliyin təxliyə olunan əməkdaşlarını gətirən təyyarə Bakıya eniş edib.
"Unikal" xəbər verir ki, təyyarə Bakı vaxtı ilə saat 22:00-da Heydər Əliyev adına beynəlxalq aeraportuna enib.
20:52
Şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları Tehrandan Bakıya yola salınıb.
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.
"Unikal" xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.
23:02
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun nəşinin Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülür.
"Unikal" APA-ya istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycana məxsus təyyarə Tehranda hava limanında gözləyir.
Lakin İran növbəti dəfə islami dəyərlərə hörmətsizlik göstərərir. Sözügedən ölkə riyakarlıq nümayiş etdirərək şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə süni şəkildə ləngidir.