Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun Tehran hava limanında yola salınması zamanı diqqətçəkən mənzərə yaşanıb.
"Unikal" xəbər verir ki, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlıları bu şərəfli missiyanı üzərinə götürərək İran hərbçilərinin tabutu təyyarəyə daşımasına icazə verməyiblər.
Qeyd edək ki, "Yarasa" səfirlik əməkdaşlarının və Orxan Əsgərovun cənazəsinin Azərbaycana təxliyyəsinin təşkilinə cavabdeh olub.