Xəbər vediyimiz kimi, bu gün Prezident İlham Əliyev Həsən Həsənlini elm və təhsil nazirinin müavini təyin edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, o, ləğv edilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi işləmiş Həbib Həsənovun oğludur.
Yeni nazir müavinin babası da tanınmış şəxs olub. Belə ki, Həsən Həsənli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Namiq Həsənovun nəvəsidir. Namiq Həsənov 1994-1995-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri olub. O, 2020-ci ildə dünyasını dəyişib.
Murad İbrahimli