01.02.2023-cü il tarixində saat 08:00-dan 18:00-dək Suraxanı rayonu, Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən qorunan dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən "Unikal"a verilən məlumata görə, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 104, 208, 209 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilərək müvəqqəti olaraq İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidindən təşkil ediləcək.