"Gəncə regionunda həyata keçirilən qazlaşdırılma işlərində sizin əziyyətiniz böyükdür. Bu baxımdan SOCAR "Azəriqaz" İB rəhbərliyinin hər zaman diqqətindəsiniz. İşinizi layiqincə, vicdanla icra etdiyiniz üçün sizə minnətdaram".

"Unikal" xəbər verir ki, bu sözləri Birliyin baş direktorunun müavini Ceyhun Şıxəliyev Gəncə Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşü zamanı bildirib. O, baş direktorun adından nəzarətçi-çilingərlərə təşəkkür edib. Daha sonra qurum rəsmisi Gəncə RQİİ-nin xidmət sahələrində çalışan 11 əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif edib, onlara işlərində uğurlar arzulayıb.