Xəbər verdiyimiz kimi, ötən həftə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Bakı Şəhər İcra Hakimiyyətində əməliyyat keçirmişdi.

Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Unikal"a verilən məlumata görə, əməliyyat zamanı həbs edilən Yasamal rayonu Yaşıllaşdırma Sahəsinin rəisi Natiq Abbasov məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir.

Seymur Əli