“Son illərdə uşaqlarda ikinci tip diabet xəstəliyi artmaqdadır”.
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəsis-eksperti uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib.
Uşaqlarda diabetin ilkin əlamətlərini açıqlayan həkim bildirib ki, birinci tip diabetdə ifrat sidiyə getmə, hədsiz su içmə, çox qida qəbulu və buna baxmayaraq halsızlıq, yorğunluq əlamətləri olur:
"Sonrakı mərhələdə ağızdan pis qoxunun gəlməsi kimi əlamətlər kəskinləşir. İkinci tip diabetdə əlamətlər gec ortaya çıxır. Bu uşaqlar hədsiz çəkidən əziyyət çəkirlər. Əsəbilik, halsızlıq, ağızqurusu kimi əlamətlər də zamanla özünü göstərir".