Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin olunub.

"Unikal" "qafqazinfo"ya istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Zamin Həsənov təyinat alıb.

Məlumatı DİN Mətbuat Xidmətinin Şöbə rəisi Elşad Hacıyev saytımıza təsdiq edib.

Qeyd edək ki, Z.Həsənov bu təyinata qədər DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi olub.