Həyata keçirdiyi yeniliklərlə hər zaman fərqlənən SOCAR “Azəriqaz” İB daha bir layihəyə start verib.
"Unikal" xəbər verir ki, bu məqsədlə “AYIN QAZÇILARI” adına layiq görülən əməkdaşlarla Birliyin rəhbər şəxsləri arasında görüş keçirilib. Yanvar ayı ərzində Birliyin BRQSD, Sumqayıt QİS və 8 Regional qaz istismarı İdarələrinin ümumilikdə fərqlənən 10 əməkdaşına nümunəvi fəaliyyətinə görə qurumun məsul şəxsləri tərəfindən təşəkkür edilib. Həmçinin Birlik rəhbərliyi nəzarətçi-çilingərlərin qayğıları ilə yaxından tanış olublar. Sonda “AYIN QAZÇILARI” ilə xatirə şəkli çəkilib.
Qeyd edək ki, SOCAR “Azəriqaz” İB-nin yeni layihəsindəki əməkdaşlar ayın yekunlarına əsaslanaraq seçiləcək. Ay ərzində nümunəvi fəaliyyəti ilə əldə etdiyi yüksək göstəriciləri sayəsində Birliyin hər bir nəzarətçi-çilingəri “AYIN QAZÇISI” adına real namizəd olacaq.