İnzibati Xətalar Məcəlləsinə bu gün edilən və sabahdan qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.
"Unikal" xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.
Onun sözlərinə görə, cəriməni yazmaq səlahiyyəti yalnız Dövlət Yol Polisinə (DYP) aiddir.
O qeyd edib ki, edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edildi.
"Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır", - deyə ekspert vurğulayıb.