"10.156 milyon vətəndaşımızın 3.057 milyonu 15-35 yaşında olan gənclərdir".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.
"Bu ölkəmizdə hər 3 nəfərdən birinin gənc olması deməkdir. Gənclər Azərbaycanın inkişafında indi daha fəal iştirak edirlər", - deyə deputat bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.